Polinet

Sumqayıt · 2023

Sumqayıt sənaye parkı

Sənaye su təchizatı və kanalizasiya şəbəkəsi üçün boru tədarükü.

Sumqayıt sənaye parkı

Sənaye parkının su təchizatı üçün PE100 borular, kanalizasiya üçün isə SN8 qofra borular tədarük edilmişdir.

Sumqayıtda yeni sənaye parkının ilk mərhələsi üçün su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması planlaşdırılırdı. Parkda yerləşəcək müəssisələr fasiləsiz su təchizatına və yüksək tutumlu drenaj sisteminə ehtiyac duyurdu.

Kanalizasiya xətləri ağır texnikanın hərəkət etdiyi ərazilərin altından keçirdi, ona görə borular yüksək həlqəvi sərtliyə malik olmalı idi. Eyni zamanda tikinti qrafiki sıx idi və materiallar müxtəlif podratçılara mərhələlərlə çatdırılmalı idi.

Su təchizatı xətləri üçün PE100 təzyiqli borular, kanalizasiya üçün isə SN8 sərtlik sinfinə malik qofra borular təklif etdik. Qofra boruların yüngül olması daşınmanı və quraşdırmanı asanlaşdırdı, muftalı birləşmələr isə montajı sürətləndirdi.

Ümumilikdə 25 km boru vaxtında tədarük edildi və parkın birinci mərhələsi qrafikə uyğun istifadəyə verildi. Kimyəvi təsirlərə davamlı HDPE şəbəkəsi sənaye axınları üçün uzunmüddətli və etibarlı həll oldu.

Layihəniz üçün boru lazımdır?

Texniki tələblərinizi göndərin — mütəxəssislərimiz 24 saat ərzində qiymət təklifi hazırlasın.